RU

Lavrov KTMT Nazirlər Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 28-də Astanada keçiriləcək KTMT Nazirlər Şurasının iclasında iştirak edəcək.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, nazir Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək:

"Tədbir Qazaxıstan tərəfinin sədrliyi ilə Astanada, KTMT Kollektiv Təhlükəsizlik Şurasının həmin günə planlaşdırılan sessiyasından əvvəl baş tutacaq. Görüşdə XİN, Müdafiə nazirliklərinin rəhbərləri və KTMT Təhlükəsizlik Şurasının katibləri kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət, KTMT və KTMT çərçivəsində əməkdaşlığın nəticələrini müzakirə edəcəklər". 

Qeyd edək ki, KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu regional dövlətlərarası təşkilatdır. KTMT-nin əsas məqsədi üzv ölkələri xarici silahlı hücumdan qorumaqdır.

Gülşən Şərif

Избранный
21
3
bakivaxti.az

10Источники