RU

Qırmızı paltarlı qadınların qatili - 3 ildə 60-dan çox şəxsi öldürüb

1970-ci illərdə Rusiyanın Moskva şəhəri və ətrafında insanları vahiməyə salan qətllər baş verir. Hətta o zaman daxili işlər nazirinin televiziya vasitəsilə əhaliyə müraciəti yayılır. İfadələrdə 60-dan çox adamı öldürən şəxsin mehriban görkəmə və zərif görünüşə malik olduğu bildirilirdi. Qatil Andrey Yevseyev əvvəlcə qurbanlarını bıçaqlayaraq qətlə yetirir, sonra isə zorlayırdı.

Modellikdən caniliyə

Uşaqlıqdan kollektiv içində olmağı sevməyən Andrey 7-ci sinifdən sonra məktəbdən çıxır. Əlavə pul qazanmaq üçün əvvəlcə model işləyir, sonra dənizçi olur. Amma o, heç vaxt bir işdə uzun müddət qalmır. Psixi problemləri olan Andrey Yevseyev 1970-ci illərin əvvəllərində psixiatrik klinikaya yerləşdirilir.

mnyk.jpg

Qatil sonradan istintaqa verdiyi ifadəsində həmin günləri belə xatırlayır: “Mənə vurulan dərmanlardan sonra xəstəxanadan tam axmaq kimi çıxdım. Çox ağrılı bir vəziyyət idi, beyin fəaliyyətində çətinliklər yaşayırdım. Mən insanları düşmənlərim hesab edirdim...”.

Üç ayda onlarla qətl

Qatilin ilk qurbanı 16 yaşlı məktəbli Marina Morozova olur. 1974-cü il avqustun sonunda o, məktəbdən qayıdan şagirdi bıçaqlayaraq öldürür. Manyakın növbəti qurbanı 66 yaşlı restoran aşpazı Gennadi Kuzmin olur. A. Yevseyev onu Odintsovo dəmir yolu stansiyasının yaxınlığında bıçaqla öldürür, sonra qarət edir və meyidini yol kənarındakı xəndəyə atır. O, Kuzmindən təkcə pul deyil, həm də ərzaq - toyuq və üç kilo bolqar bibəri götürür.

mosko.jpg

Həmin ilin sentyabrında Moskvada, istirahət mərkəzlərinin birinin parkında manyak tələbə Vladimir Parşinə hücum edir. Manyak ona 4 bıçaq zərbəsi vursa da, tələbə sağ qalır. Elə həmin ay A. Yevseyev yenə də Moskvada, “Dobrıninskaya” metrostansiyasının yaxınlığındakı evdə Anna Astafyevaya qarşı quldurluq edir. Qadın xoşbəxtlikdən ölmür, hətta cinayətkarı təsvir edə bilir. Qurban cinayətkarı belə xatırlayır: “O, mehriban gözləri olan gənc oğlan idi”. Lakin Anna aldığı xəsarətlərdən tezliklə dünyasını dəyişir.

Sentyabrın 26-da Moskva vilayətindəki “43-cü km” stansiyasında A. Yevseyev daha bir adama hücum edərək onu ağır yaralayır. Hücum zamanı manyakın bıçağının baş hissəsi qırılır və qurbanın kürəyində qalır. Yaralı Nikolay Demin xəstəxanada dünyasını dəyişir. Sonradan məlum olur ki, qatil bu qətli hüquq-mühafizə orqanlarını çaşdırmaq üçün törədib.

8 oktyabr 1974-cü ildə Moskvanın Taqanski rayonunda A. Yevseyev bir gündə üç quldurluq hadisəsi törədir. Onun qarət etdiyi 3 qadından ikisi bıçaq xəsarətlərindən ölür.

Qırmızı paltarlı qadınların qənimi

Qatilin bütün qurbanları qırmızı paltar geydikləri vaxt hücuma məruz qalır. Nəticədə Moskvada çaxnaşma başlayır, insanlar qırmızı paltarlı qadınların qatilinin peyda olduğunu söyləyirlər. Sonra, oktyabrın 15-də A. Yevseyev “Akademiceskaya” metrostansiyasının ərazisində 20 dəqiqəlik fasilə ilə iki qıza bıçaqla hücum edir.

selok.jpg

Bütün Moskva və Moskva vilayətinin əhalisi qəribə manyakın törətdiyi cinayətlərə görə şoka düşür, ona görə də SSRİ-nin daxili işlər naziri Nikolay Şelokovun adından televiziyada xəbərdarlıq yayımlanır. Qatil bu müraciətdən sonra qorxur və iki ilə yaxın hücumlarını dayandırır.

O, 1976-cı ilin noyabr ayından sonra yenidən köhnə “iş”inə başlayır, bir ay ərzində dörd quldurluq hadisəsi törədir. Bu hücumların ikisi ölümlə nəticələnir. Manyakın cinayətkar fəaliyyətinin zirvəsi məşhur sovet rəssamı Mixail Kupriyanovun həyat yoldaşı Lidiya Kupriyanovanı vəhşicəsinə öldürməsi idi. Məhz bu halda manyak artıq ölmüş qadını ilk dəfə zorlayır.

İki ay sonra, 19 dekabr 1977-ci ildə, Moskva yaxınlığındakı kənddə məişət malları mağazasının həyətində qatil qadına hücum edir, onun saatını, pulunu və qızıl-zinət əşyalarını, habelə it xaltasını oğurlayır. Bu dəfə də o, öldürdüyü qadını zorlayır.

Öldürdüyü insanlardan oğurladığı əşyalarla Yeni il ağacını bəzəyir

moksk-2.jpg

Yevseyevin son qətlinin şahidi cinayət yerində şübhəli bir vətəndaşın məxmər parçadan olan gödəkçə geyindiyini söyləyir. Əvvəlcə başqa bir şəxs saxlanılsa da, o, paltarın ona hədiyyə edildiyini bildirir. Ekspertiza şübhəlinin ifadəsinin doğruluğunu təsdiqləyir. Başqa bir şahid Xotkovo şəhəri yaxınlığında qatarda tanımadığı adamı gördüyünü və sonra onun əynində dəmiryol işçisi forması olduğunu söyləyir.
Aparılan istintaq əməliyyatları və şahidlərin ifadəsi əsasında qatilin kimliyi və ünvanı məlum olur. Yeni il qabağı, 1977-ci il dekabrın 28-də qatil evində saxlanılır. İstintaq materiallarında deyilir ki, A. Yevseyev heç bir şeydə özünü təqsirkar saymır. O, hətta yeni il ağacını öldürdüyü insanlardan oğurlanmış zinət əşyaları ilə bəzəyibmiş.

Milis onun yanına gələndə manyak hər şeyi gizlədir. Lakin əməliyyatçılar onun zərərçəkənlərdən birindən oğurladığı it xaltasını tapırlar. Manyak ömrünün son günlərinə qədər özünü təqsirkar saymır, əksinə, qurbanlarını dəyərsiz hesab edir: “Onsuz da maaşdan maaşa dolanırdılar...”.

1979-cu ildə məhkəmə Andrey Yevseyevə ən ağır hökm - ölüm cəzası kəsir.

İlkin Nəcəf

Избранный
16
2
musavat.com

3Источники