RU

“Kainat gözəli”: İkinci yerin sahibi…

Nigeriyanın gözəllik kraliçası Çidimma Adetşina builki “Kainat gözəli” müsabiqəsində ikinci yeri tutaraq Nigeriyaya indiyə qədər olan ən yüksək dərəcəni qazandırıb.

“Cebheinfo.az” xəbər verir ki, hüquq fakültəsinin tələbəsi olan 23 yaşlı Adetşina əslində Cənubi Afrikada yaşayır və orada gözəllik müsabiqəsində iştirak edib.

Lakin o, nigeriyalı adı və atasına görə əsl cənubi afrikalı olmadığını əsas gətirilərək müsabiqədən çəkilmək məcburiyyətində qalıb. Nigeriya isə ona sahib çıxaraq onu kraliça seçib. 

Belə ki, Adetşinanı dəstəkləyənlər öz paylaşımlarında Cənubi Afrikanı hədəf alıblar. 

Gənc qadının tərəfdarları paylaşımlarında, “Cənubi afrikalılar Çidimma Adetşina tərəfindən təmsil olunmaq istəmədilər. Amma indi bütün qitəni təmsil edən Miss Kainat kimdir?” - deyə rəylər yazıblar.

Qeyd edək ki, Cənubi Afrika və Nigeriya arasında mədəni baxımdan gərgin münasibətlər mövcuddur.

Избранный
20
cebheinfo.az

1Источники