RU

Azərbaycanda dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər

Bakı. Trend:

Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əməkpensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçündinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimumməbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunanvəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər.

Trend xəbərverir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydəbildirilib.

Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabınaödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cümüavinət növü dəfn üçün müavinətlərdir.

Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasınanisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb. Cari ilin Iyarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu dacari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir.

I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-ideməkdir. İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinətiilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnozgöstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% azproqnozlaşdırılıb. Növbəti ildə dəfn müavinəti üzrə xərclər cariilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımlaproqnozlaşdırılıb.

“Qeyd etmək lazımdır ki, cari ilin I yarımili ərzində dəfnmüavinəti ödənilmiş şəxslərin 19478 nəfəri və ya 95,9%-i əməkpensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 mln. manatı və ya97,5%-i əmək pensiyaçılarının payına düşür.

“1-pensiya №-li” statistik hesabata əsasən cari ilin I yarısındavəfat etmiş əmək pensiyaçılarının sayı 16870 nəfər olsa da, təqdimedilmiş məlumatda pensiyaçı üzrə olmaqla müavinətlə təmin edilmişşəxslərin sayı 2608 nəfər çox göstərilib ki, bu da pensiyaçınınəvvəlki ildə vəfat etməsinə baxmayaraq müavinətin təyin edilməsiüçün cari ildə müraciət edilməsi ilə əlaqədardır.

Məlumatlara əsasən 1 pensiyaçıya düşən orta müavinət məbləği839,4 manat, 1 sığortaolunana düşən orta müavinət məbləği isə 495,9manat təşkil edir. Qanunvericiliyə əsasən sığortaolunanlarahesablanan dəfn müavinətinin məbləği 500,0 manat, əməkpensiyaçıları üzrə isə minimum əmək pensiyasının 3 misli, yəni840,0 manatdır. Lakin növbəti ildə minimum əmək pensiyasıməbləğinin artırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyiningözlənildiyini nəzərə alsaq, artıq növbəti il üçün əməkpensiyaçılarına ödəniləcək dəfn müavinətinin məbləğinin dəyüksələcəyini diqqətə almaq vacibdir.

Belə ki, “Büdcə zərfi”nə əlavə edilmiş İzahata görə, növbətiildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bumüavinətin təyin edilcəyi 41500 halın nəzərdə tutulduğu, cari ildəmüavinət təyin edilmiş halların əsas hissəsinin (cari il üzrə95,9%-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa,aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8%-əbərabər olan məbləğin tələb olunacağını göstərir.

Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinətiilə bağlı sənədlərin təqdim edilməsi və ya sığortaolunanlar üzrə dəbirdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfnmüavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər”, -deyə rəydə qeyd olunub.

Məqalədə:
Избранный
35
11
az.trend.az

10Источники