Bakı. Trend:
Davamlı inkişaf sahəsində hesabatlıq maliyyə hesabatlığı iləinteqrasiya edilməlidir.
Trend xəbər verir ki, bunuAvropa İnvestisiya Bankının (AİB) iqlim dəyişikliyi üzrə başeksperti Nensi Sayç COP29 çərçivəsində “İqlim dəyişikliyi iləmübarizə üçün maliyyələşdirmə tədbirlərinin formalaşdırılmasındamüstəqil qiymətləndirmənin rolu” barədə keçirilən panelmüzakirəsində bildirib.
O qeyd edib ki, davamlı inkişaf auditləri AİB-in iqlimmaliyyələşdirilməsi proseslərinin təkmilləşdirilməsində mühüm roloynayıb.
"Biz iqlim dəyişikliyi ilə mübarizə tədbirləri haqqındahesabatlarla başladıq, lakin indi ekoloji davamlılıq, yəni iqlimdəyişikliyi ilə mübarizə və ekoloji davamlılıq tədbirləri iləməşğul oluruq", – deyə o bildirib.
N.Sayç əlavə edib ki, AİB və ya Avropa Hesablama Palatasınınauditorları tərəfindən həyata keçirilən bu yoxlamalar yalnızmaliyyə axınlarına deyil, həm də layihələrin təsirinə yönəlib.
"Hər iki audit maliyyə, metodologiyalar, nəticələr və təsirlərüzrə məlumatları araşdırır", – deyə o əlavə edib.
N.Sayç qeyd edib ki, AİB tərəfindən həyata keçirilən davamlıinkişaf auditi təkmilləşdirilməli olan sahələri müəyyən edib.
"Biz anladıq ki, qərarlarımızı necə verdiyimizi daha diqqətləsənədləşdirməliyik", – deyə o vurğulayıb.
Bu, iqlim maliyyələşdirilməsi hesablamalarının dəqiqsənədləşdirilməsini təmin etmək üçün xüsusi bir əlavənin tətbiqinəsəbəb olub. Bu yanaşma şəffaflıq yaradır və uyğunsuzluqlarınqarşısını almağa kömək edir.
Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) tərəfindəntəşkil edilən sessiya maliyyə dəstəyinin sosial-iqtisadiehtiyaclarla tarazlaşdırılması, təsirlərin azaldılması potensialı,iqlim maliyyələşdirilməsi üzrə hesabatlılıqda şəffaflıq vəsübutlarla bağlı mövcud boşluqlar kimi məsələlərə həsr olunub.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.