RU

"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir"- Britaniya nümayəndəsi

Image

COP29-da Paris Sazişinin bütün əsas sahələri üzrə razılığın əldə olunması son dərəcə vacibdir. Trend xəbər verir ki, bunu Böyük Britaniyanın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Reyçel Kayts COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Bizim burada - COP29-da Paris Sazişinin bütün əsas sütunları: iqlim dəyişikliyinin azaldılması, uyğunlaşma və maliyyə üzrə razılığa gəlməyimiz çox vacibdir. Böyük Britaniya yeni Kollektiv Kəmiyyət Məqsədinə nail olmaq üçün bütün ölkələri və Sədrliyi dəstəkləməyə və onlarla işləməyə hazırdır", - o deyib.

O, 1,5°C hədəfi üçün işləri sürətləndirəcək NCQG-nin yaradılmasına ehtiyac olduğunu söyləyib.

“Yeni meyar iddialı, realist və əldə edilə bilən olmalı, dövlət maliyyələşdirməsinə üstünlük verməlidir, lakin daha çox özəl kapitalı cəlb etmək potensialı olmalıdır”, - deyə o əlavə edib.





Избранный
16
baki-xeber.com

1Источники