RU

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, konfranda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq Vitse-Prezidenti, COP29 Məşvərət Şurasının üzvü İsmail Səragəldin, Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri və "Fortescue Metals" və "Fortescue Future Industries" şirkətlərinin Direktorlar Şurasının sədri, COP29 Məşvərət Şurasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Cin Baderşnayder, BMT Baş Assambleyasının 73-cü prezidenti, COP29 Məşvərət Şurasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Maria Fernanda Espinosa və media nümayəndələri iştirak ediblər.

Konfransda COP29-un toxunduğu qlobal əhəmiyyət kəsb edən mövzularla yanaşı, gender məsələlərindən bəhs edilib. Qeyd edilib ki, gender bərabərliyi, yalnız sosial ədalətin təmin olunması deyil, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə daha təsirli qərarlar qəbul etmək üçün mühüm şərtdir. Eyni zamanda, gender bərabərliyinə dair qətnamələrin qəbulunun vacibliyi, qadınların iqlim dəyişikliyi ilə mübarizəsində rolunun və liderliyinin əhəmiyyəti müzakirə olunub. Bildirilib ki, bu mövzuların önə çıxarılması, yalnız qadınların deyil, bütövlükdə cəmiyyətlərin güclənməsinə xidmət edəcək.

Nizami Nizami
Избранный
15
1
apa.az

2Источники