RU

Nyu-York birjasını partlatmaq istədilər - Əbdül-Malik saxlanıldı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York birjasını partlatmağı planlaşdıran şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

"FTB agentləri Nyu-York Birjasını partlatmağı planlayan Florida ştatından olan şəxsi həbs edib", - məlumatda deyilir.

Məlumatda o da qeyd edilib ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstəriş alıb. İlkin məlumata görə, o, birjanı partlatmaq istəyib. O, özünü “Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Laden kimi hiss etdiyini də bildirib.


Müəllif: Arzu
Избранный
12
3
teleqraf.com

5Источники