RU

Qərb Koreya-Rusiya ittifaqından qorxur – Nüvə silahı təhlükəsi

  Rusiya-Ukrayna müharibəsi fonunda Şimali Koreya və Kreml əlaqələrinin genişlənməsi Qərbin narahatlığına səbəb olub. Hər iki ölkənin bir-biri ilə hərbi, müdafiə sahəsində əməkdaşlığını artırdığının şahidi oluruq. Şimali Koreyanın Ukrayna müharibəsinə “qoşulması” ilə Rusiya bir növ Pxenyanı Qərbin hədəfinə çevirib.

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Rusiya və Şimali Koreya arasında müdafiə sahəsində əməkdaşlıq imzalanıb:

“Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı imzalanan bu müqavilə bir neçə gün öncə qüvvəyə minib. Beləliklə, tərəflər müdafiə sahəsində bir-birilərinə ciddi dəstək verəcəklər. Rusiya müdafiə sahəsində yeni texnologiyaları Şimali Koreya ilə bölüşməyi öhdəlik götürüb. Qarşılığında da Pxenyan Moskvaya əsgər göndərir. Qərb dövlətləri bundan çox narahatdırlar. Lakin Şimali Koreyada nüvə silahı olduğu üçün ona təsir edə bilmirlər. Qərb Rusiyaya bu addımı irad bildirsə də bu gün Ukraynada öz nümayəndələri var. Ümumilikdə, hər iki tərəfdə böyük problem yaşanır”.

Samir Hümbətovun sözlərinə görə, Qərb və Rusiya Ukraynanı hərbi poliqona çevirib:



 
Samir Hümbətov

“Pxenyanı rahatlıqla çıxarda biləcəklərini düşünmürəm. Çindən və Rusiyadan özünə bir dəstək formalaşdırıb. Hər bir halda Koreya yarımadasındakı münaqişənin Avropaya daşınması yaxşı hal deyil. Onsuz da Şimali Koreya ilə Qərb ölkələri arasında ciddi siyasi, iqtisadi, ticari əlaqələr yoxdur. Pxenyan buna maraq göstərmir.

Qərbin Şimali Koreyaya təsiri yalnız Çin üzərindən ola bilər. Lakin bu iki ölkə arasında ciddi əlaqələr olduğu üçün Çinin belə addıma yol verəcəyi inandırıcı deyil”.  

Избранный
28
referans.az

1Источники