RU

Genderə həssas maliyyələşdirmə iqlim böhranı ilə mübarizənin açarıdır - Maria Fernanda Espinosa

Bakı. Trend:

İqlim böhranının effektiv şəkildə aradan qaldırılması üçüncinsiyyətə həssas maliyyələşdirmənin təmin edilməsi vacibdir, çünkibu, daha ədalətli və davamlı adaptasiya və iqlim dəyişikliklərininnəticələrinin azaldılmasına kömək edir.

Trend xəbər verir ki, bunuBMT-nin 73-cü Baş Assambleyasının Prezidenti, Nizami GəncəviBeynəlxalq Mərkəzi Şurasının üzvü Mariya Fernanda Espinoza NizamiGəncəvi Beynəlxalq Mərkəzinin mətbuat konfransında deyib.

"Biz COP29 konfransının yekunlaşmasının astanasındayıq və ümidedirik ki, bütün ölkələrə iqlim böhranına təcili şəkildə cavabverməyə imkan verəcək ambisiyalı qərarlar qəbul ediləcək", - obildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət qadınların danışıqlarda vəiqlim layihələrinin maliyyələşdirilməsində iştirakınınartırılmasını tələb edir. COP28-də yalnız 30% milli nümayəndəheyətləri qadınları daxil edib və yalnız 2%-i cinsiyyətbərabərliyinə nail olub. Bu, qəbuledilməzdir.

Mariya Fernanda Espinoza maliyyələşdirmədə cinsiyyətaspektlərini nəzərə alan qərarların qəbul edilməsinin vacibliyini,xüsusilə də İtkilər və Zərər Fonduna və yeni iqlim maliyyəmexanizminə dair məsələləri vurğulayıb.

"İqlim böhranı dayanıqlı inkişafın bir çox aspektləri iləəlaqəlidir, o cümlədən, sağlamlıq, su ehtiyatları, ticarət vətəchizat zəncirləri. İqlim problemlərinin həlli yoxsulluğun aradanqaldırılmasına, bərabərsizliklərin azalmasına və davamlı inkişafməqsədlərinin əldə olunmasına irəliləyişə səbəb olacaq", – o əlavəedib.

Избранный
22
1
az.trend.az

2Источники