RU

Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qərəzli qıtnaməsinə dair bəyanat yaydı

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq DeputatlarPalatasının bu il noyabrın 20-də qəbul etdiyi qərəzli qıtnaməyədair bəyanat yayıb.

Trend xəbər verir ki,bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq DeputatlarPalatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli,qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizihədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir.Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkəninparlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun millitəhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyününqorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyiqətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılanməsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şeydeyildir.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezidentseçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır.Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldəetdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiq edilmişdir. Seçkilərmilli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğunkeçirilmişdir.

Özbaşına həbslər, fikir və toplaşma azadlığınınməhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobudtəhriflər üzərində qurulmuşdur. Müxtəlif hesabatlarda adlarıhallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunugöstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zamanlazımi hüquqi prosedurlara əməl edilmişdir.

Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialarəsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanıntərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinininkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçüngöstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur.

Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, ocümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona nonqrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılmasısəylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi,dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkarhörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olmuşdur. Həmintədbirlərin ləğv edilməsinə çağırış bu cür dəstəyin ikitərəfli vəçoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərkedilmədiyini göstərir.

Azərbaycan Respublikası Lüksemburq da daxil olmaqla, bütünbeynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bucür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayətedilməsinə əsaslanmalıdır. Bununla əlaqədar olaraq, AzərbaycanMilli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressivritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu vədiplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıqyaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsipraktikasından əl çəkməyi tələb edir".

Избранный
18
27
az.trend.az

10Источники