RU

Azərbaycanı Avropa Kubokunda 8 karateçi təmsil edəcək

  Karatenin fullkontakt kyokuşin növü üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərinə yola düşüblər.

Federasiyadan Referans.az-a verilən məlumata görə, yığma yarışda 8 idmançı ilə təmsil olunacaq. Karateçilər baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev isə ədaləti qoruyacaq.

Qeyd edək ki, Avropa Kubokunda ilk üç yeri tutan karateçilər dünya çempionatına lisenziya qazanacaqlar.  

Избранный
7
3
referans.az

6Источники