RU

Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb (FOTO)

Bakı. Trend:

Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastrukturlayihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyinalınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətinməlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib.

Trend xəbər verir ki,müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT vəKİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bakı şəhəri,Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında AzərbaycanMemarlıq və İnşaat Universiteti tərəfindən inşası nəzərdə tutulmuştədris korpusu binası və qazanxana binasının tikinti layihəsinin,Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrininkəsişməsində, 2532-ci məhəllədə “Orbita” MTK tərəfindən inşasınəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikintilayihəsinin, həmçinin, Suraxanı rayonu Yeni Günəşli "D" yaşayışsahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən "Etibarlı" MTKtərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının tikintilayihələrinin ekoloji qiymətləndirilməsi məsələləri müzakirəedilib.

Agentlik rəsmiləri tərəfindən bildirilib ki, hər hansı birlayihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksinitapmalı ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə əməledilməlidir.

Belə ki, layihələrin ekoloji tərəfləri müəyyənləşdirilir,öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki,sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusiləyaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələntullantı sularının idarə olunmasıdır.

Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəy verilməmərhələsində olduğu bildirilib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
7
9
az.trend.az

10Источники