RU

Vergi idarəsi ilə şirkət arasında 20 minlik mübahisə

Naxçıvan Şəhər Vergilər İdarəsi "Arkoz Metal Konstruksiyalar Zavodu" MMC-ni məhkəməyə verib. 

Valyuta.az xəbər verir ki, İdarənin iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. 

İşin mahiyyət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Zavodun hazırda 20 507,2 manat vergi borcu var. İddialara görə,  vergilər idarəsi bu səbəbdən şirkəti məhkəməyə verib. 

Tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəblərini öyrənmək üçün şirkət və idarə ilə əlaqə saxlamaq mümkün olmayıb. 

Hüseyn

Избранный
30
valyuta.az

1Источники