RU

“Bakıdan Belenə” sadəcə yol xəritəsi deyil...

“Bakıdan Belenə” sadəcə bir yol xəritəsi deyil, fəaliyyət çağırışıdır”.

 

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Bakıdan Belenə: Meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi” adlı tədbirdə deyib.

 

O çıxışında meşələrin, su ehtiyatlarının və biomüxtəlifliyin ədalətli və dayanıqlı idarə edilməsinin zəruriliyini vurğulayıb. U.Tağıyeva qeyd edib ki, Amazon meşələri kimi ekosistemlərin qorunması yalnız yerli icmalar üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət daşıyır.

 

O bildirib ki, 1990-2020-ci illər arasında 420 milyon hektardan çox meşə sahəsi məhv edilib, bunun 90%-i tropik bölgələrdə baş verib: “Bu, biomüxtəlifliyin itirilməsi, ekosistem xidmətlərinin məhv olması və meşə icmalarının dolanışığına ciddi təhdid yaradır”.

 

Nazir müavini deforestasiyanın qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Boliviyanın bu sahədə uğurlu təcrübəsindən danışıb. O bildirib ki, Boliviya deforestasiyanı azaltmaq və biomüxtəlifliyin qorunmasını təşviq etmək üçün yerli icmalara əsaslanan yanaşma tətbiq edib və əhəmiyyətli irəliləyişlərə nail olub.

 

U.Tağıyeva əlavə edib ki, COP29-un əsas məqsədlərindən biri meşələrin qorunması, bərpası və iqlim dəyişikliklərinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

 

“Birlikdə çalışaraq Amazon və digər vacib ekosistemlərin yalnız indiki deyil, gələcək nəsillər üçün də həyat mənbəyi olmasını təmin edə bilərik”, - deyə Umayra Tağıyeva vurğulayıb.

Избранный
37
1
modern.az

2Источники