RU

Vaqif Sadıqov yığmanın nəticələrini şərh edib: "Daxildə olan şəxslər..."

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunu bir xalla sonuncu sırada bitirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son olaraq İsveçə səfərdə böyük hesabla uduzub – 0:6.

İdman.biz xəbər verir ki, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Sport24.az-a açıqlamasında milli komandanın nəticələrini şərh edib:

"Fikir bildirməkdə çətinlik çəkirəm. Son dövrlərin ən potensiallı futbolçulardan ibarət Azərbaycan millisinin şahidiyik. Hal-hazırda fiasko baş verib. Dəqiq səbəbini daxildə olan şəxslər deyə bilər. Yığmamız bu nəticələrə layiq deyil. Vaxtilə D Liqasında 10 xalla ikinci yeri tutanda narazılığımızı bildiririkdik. Yığmadan bundan da uğurlu çıxış gözləyirdik. Biz çox yaxşı tanıdığımız İsveçi həmin heyətlə Bakıda məğlub etmişik, indi isə məğlub oluruq.

Estoniyanı ötən il səfərdə məğlub etmişdik. Amma bu mövsüm hər iki oyunda onlara qalib gələ bilmədik. Məndə bir çox mütəxəssislər kimi özümdə təhlil aparıb səbəbini tapmaq istəyirəm. Perspektiv vəd edən millimiz niyə belə fiaskoya uğrayıb?.

Bəlkə də, Bakıdakı oyunda Emin və Ramil daxildə balansı pozub daha sonra düzəltməyə çalışıb amma alınmayıb. Sonluq isə belə gətirib. Artıq olan olub. Günahkar axtarmaqdansa, çıxış yolunu tapmaq lazımdır. İnamı Azərbaycan futboluna qaytarmalıyıq".

İdman.biz

Избранный
15
idman.biz

1Источники