RU

Azad Məsiyev: "Qərb koalisiyası, Rusiya- Ukrayna münaqişəsini qızışdırmaqdadır"

“Rusiya- Ukrayna münaqişəsi getdikcə pik həddini almaqdadır. Bu münaqişə artıq Rusiya- Ukrayna münaqişəsi deyil. Çünki NATO blokuna daxil olan dövlətlər başda Birləşmiş Ştatlar olmaqla NATO bloku bu münaqişədə de-fakto iştirak edir. Yəni həm maliyyə baxımından, həm hərbi sursat vermək, kəşfiyyat məlumatları vermək,psixoloji müharibəni aparmaq baxımından bu münaqişədə iştirak edib. Faktiki Rusiya- NATO münaqişəsidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

Politoloq qeyd edib ki, Ukrayna sadəcə bir poliqondur.

“Son vaxtlar Bayden hakimiyyəti və Amerika, Fransa, Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə icazə verməsi qərarı bir daha bunu təsdiqləyir ki, artıq NATO bloku de-yure münaqişədə iştirak edəcək. Çünki uzaqmənzilli raketlərin istifadəsi və idarə edilməsi olan kadrlar Ukraynada yoxdur. Amerika mütəxəssisləri, NATO blokuna daxil olan hərbi mütəxəssislər bu raketlərin idarə və istifadə edilməsində birbaşa iştirak edəcəklər. Bununla da NATO bloku həm de-fakto, həm də de-yure münaqişədə iştirak etmiş olur. Təbii ki, Rusiya bu məsələ ilə əlaqədar Rusiya prezidenti açıq şəkildə mövqe nümayiş etdirir. Rusiyanın nüvə doktrinasına yenidən baxıldı və bu günlərdə Rusiya prezidenti nüvə doktrinasına edilmiş dəyişiklikləri təsdiq etdi. Yəni Ukrayna uzaqmənzilli raketlərdən istifadə edər Rusiyanın dərinliklərinə zərbələr endirərsə və bu münaqiş tələbələr ağır fəsadlara gətirib çıxararsa, bu zaman Rusiya taktiki nüvə silahından istifadə edəcəkdir. Bununla da artıq Üçüncü Dünya müharibəsi başlanmış olacaq. Adətən Üçüncü Dünya müharibəsi nüvə silahının işə düşməsi ilə nəzərdə tutulur. Lakin faktiki Ukrayna ərazisində Üçüncü Dünya müharibəsi gedir. Yəni nüvə silahının faktiki olaraq işə düşməsi bəşəriyyət üçün daha təhlükəli məqamlar yaradır”, - deyə o bildirib.

A. Məsiyevin sözlərinə görə, bu münaqişədə Türkiyə neytral mövqedən çıxış edir.

Избранный
12
aznews.az

1Источники