RU

Usta qış təkərlərindən DANIŞDI - 500 manatdan...

Qış aylarında yağış, qar, şaxta səbəbilə yollar buz bağlayır. Eyni zamanda bu amillər nəqliyyat vasitələrində istifadə edilən təkərlərə də təsir edir. Ona görə də qışda maşın sürmək riskli olur. Bu riskləri aradan qaldırmaq üçün qış təkərləri mövcuddur. Qış təkərləri soyuqdan təsirlənmədiyi üçün nəm və buzlu səthlərdə rahatlıqla istifadə oluna bilir.

Bəs Azərbaycanda qış təkərlərindən istifadə mütləqdir?

Avtosfer.az-ın məlumatına görə, bu barədə avtomobil ustası Əli Əliyev açıqlamasında söyləyib ki, qış vaxtı mütləq qış təkərlərindən istifadə olunmalıdır. Çünki yerdə qar varsa, təkərlərin "şpor" deyilən hissələri maksimum səviyyədə olmalıdır ki, qarın üzərindən keçən zaman təkərlərdə sürüşmə olmasın:

"Əslində, Azərbaycanda qış elə də sərt keçmir və qar yerdə çox qalmır. Ona görə də dörd fəsil təkərlərindən istifadəni daha məqsədəuyğun hesab edirəm. Bizdə qış aylarında daha çox yağış yağır, yer sulu olur, dörd fəsil təkərlərlə bunu idarə etmək olar. Regionlarda isə qar daha çox olur, ona görə də orada yaşayan sürücülərə qış təkərlərindən istifadə etməyi məsləhət görürəm".

Mütəxəssis qış təkərlərinin qiymətindən də danışıb:

"Qiymətlər çox fərqlidir, modelə, markaya, ölçüyə görə dəyişir. Məsələn, təkərin biri 50-75 manatdan başlayır və 500-1000 manata qədər dəyişir. Alman, italyan təkərləri daha bahalıdır. Çin, türk təkərləri isə  nisbətən ucuzdur. Elə maşınlar var ki, onların ölçüsü  balacadır deyə təkərlər ucuz olur, yaxud bəzi modellərdə diskin diametri böyük olduğu üçün ölçü də böyük olur və bu da qiymətə təsir edir" (redaktor.az).

Избранный
12
1
avtosfer.az

2Источники