Peru polisi 320 tarantula, 110 yumru böcək və bədəninə bağlı 9 güllə qarışqası ilə ölkəni tərk etməyə çalışan şəxsi saxlayıb.Noyabrın 8-də 28 yaşlı cənubi koreyalı Limanın Xorxe Çavez Beynəlxalq Hava Limanında qarın nahiyəsi qabar göründüyü üçün şübhəli şəxs qismində saxlanılıb.Perunun milli meşə və vəhşi təbiət xidməti SERFOR noyabrın 13-də verdiyi açıqlamada təhlükəsizlik işçilərinin kişinin qarın nahiyəsinə bağlanmış plastik qablarda və torbalarda qablaşdırılan həşəratlar aşkar etdiyini bildirib.Axtarış zamanı kişinin qarın nahiyəsinə bağlanmış kilidli torbalara qoyulmuş yüzlərlə həşərat aşkar edilib.Həmin şəxs Fransa vasitəsilə Cənubi Koreyaya gedirmiş. Perunun ətraf mühit cinayətləri prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb.Mənbə: CNN International
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта