RU

Qalantın BCM-nin həbs qərarına REAKSİYASI

Qalantın BCM-nin ona və Netanyahuya həbs qərarı çıxarmasına münasibət bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin keçmiş müdafiə naziri və hazırda Knessetin (İsrail parlamenti) üzvü olan Qalant öz X hesabında yazıb.

“Haaqa məhkəməsinin (Beynəlxalq Cinayət Məhkəməsi) qərarı həmişəlik yaddaşlarda qalacaq. Bu, İsraili və HƏMAS-ın qatil liderlərini eyni səviyyəyə qoyur və bununla da körpələrin öldürülməsini, qadınların zorlanmasını və yaşlı insanların çarpayılarından oğurlanmasını qanuniləşdirir.

Bu qərar özünümüdafiə hüququna və mənəvi müharibəyə qarşı təhlükəli presedent yaradır, eyni zamanda öldürücü terrorizmi təşviq edir”, – Qalant qeyd edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Galantın həbsinə order verib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
38
interpress.az

10Источники