“Bitkoin”in qiyməti 98 min dolları keçərək tarixi maksimumu yeniləyib. Yeniavaz.com xəbər verir ki, bu “Binance” platformasının məlumatlarında məlum olub. Bakı vaxtı ilə saat 15:19-ə olan məlumata görə, kriptovalyuta rekord həddə - 98,139 min dollara çatıb.