RU

Ukraynada vəziyyət son üç ildəkindən daha ağırdır - General

Hazırda Ukraynada cəbhə Rusiya Federasiyası ilə genişmiqyaslı müharibənin son üç ildəkindən daha qeyri-sabitdir.

Turkustan.az Sky News-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Gili bildirib.

Müdafiə Komitəsində danışan Gili bunu "ciddi məqam" adlandırıb.

Siyasətçi vurğulayıb ki, hazırda Rusiya prezidenti Vladimir Putin və onun qüvvələri tərəfindən “çox aydın eskalasiya” var.

O, Moskvanın mülki infrastruktura hücumlarını artırdığını deyib və Rusiyanın Ukraynaya qarşı yeni tipli ballistik raket yerləşdirməsi ilə bağlı mediada yayılan xəbərlərə istinad edib.

Müdafiə Nazirliyinin rəhbəri rusların qış ərəfəsində Ukraynanın enerji sisteminə hücumlarını intensivləşdirdiyini də bəyan edib:

"Onlar mülki mərkəzlərə hücumları gücləndirib, uşaqları öldürüblər. Ən azı 10 min Şimali Koreya əsgərini döyüş meydanına yerləşdiriblər".

Избранный
14
29
turkustan.az

10Источники