RU

DVX POS-terminal quraşdırılmaması ilə bağlı nəzarət tədbirlərinə başlayacaq

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vertgi Xidməti (DVX) POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Избранный
22
24
yenilik.az

10Источники