RU

"İlk addımı özüm atdım" - Müəmmalı ayrılığın DETALLARI

Milli fasilə "Sabah"da məşqçi ayrılığı ilə yadda qaldı.

Söhbət Krunoslav Renduliçin köməkçisi Vitali Kovalyovun gedişindən gedir.

2018-ci ildən "tələblər"in məşqçilər korpusunda yer alan 47 yaşlı mütəxəssisin gedişi birmənalı qarşılanmadı.

Axı arxada qalan müddətdə o bir çox məşqçilərlə işləyib.

Klubda baş məşqçilər əlcək kimi dəyişsə də, Vitali işinin başında qalıb.

Təbii ki, bacarığına görə.

Bəs bir anda nə baş verdi ki, gənc klubun ən təcrübəli simalarından biri "Sabah"dan ayrılmalı oldu.

Qapıçı məşqçisi saytımıza açıqlamasında sualımıza belə cavab verib:

"Bəli, uzun müddət idi "Sabah"da idim. Birgə uğurlarımız olub. Amma getməyin vaxtı çatdığını düşündüm. Müraciətim klub tərəfindən qəbul oldun. Ayrılığım yeni təklif almağımla bağlı deyil. İlk addımı özüm atdım. Yekunda belə qərar verildi. Mən də komandadan ayrıldım".

O, gələcək planlarından da söz açıb:

"Hər şey qaydasındadır. Hazırda istirahət edirəm. Hər hansı yeni təklif almamışam. Gələcəkdə necə olacağını bilmirəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
37
sportinfo.az

1Источники