RU

Macarıstan XİN: ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları Budapeştə qaz nəqlinə mane olmayacaq

ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsi Macarıstana Rusiyadan etibarlı qaz nəqlinə mane olmayacaq.

Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi məlumat yayıb.

Macarıstan XİN qeyd edib ki, lazım gələrsə, bu məsələlərlə bağlı “Qazprom”la məsləhətləşəcəklər:

“Hüquqşünaslarımız ABŞ sanksiyalarının nəticələrini öyrənirlər və lazım gələrsə, Rusiyanın qaz təchizatçısı ilə məsləhətləşəcəyik. Biz hər hansı xarici təzyiqdən və müdaxilə cəhdlərindən asılı olmayaraq gələcəkdə etibarlı enerji təchizatını təmin etməyə davam edəcəyik”.

Mənbə: report.az

Избранный
31
36
report.az

10Источники