Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell BCM-nin Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderlərinin Aİ ölkələri üçün məcburi olduğunu açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Borrell İordaniyaya səfəri zamanı deyib.
“Bu, siyasi qərar deyil, bu, beynəlxalq məhkəmənin qərarıdır. Məhkəmələrin qərarlarına hörmət edilməli və icra edilməlidir”, - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.