RU

Böyük Britaniya su məsələləri üzrə Bakı Bəyannaməsini tam dəstəkləyir

Böyük Britaniya, su məsələləri üzrə Bakı Dialoqunu dəstəklədiyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit naziri Meri Kriq, COP29 çərçivəsində keçirilən "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib. Nazir, 2023-cü ilin son 30 ilin ən quraq ili olduğunu vurğulayıb və bunun ciddi nəticələr doğurduğunu qeyd edib. O, xüsusilə Rona və Dunay çaylarının suyun ərzaq sistemləri, nəqliyyat və təmiz enerji istehsalı üzərində yaratdığı mənfi təsirləri örnək göstərib.

Meri Kriq həmçinin, Böyük Britaniyanın COP26-da təşkil etdiyi ilk Su Pavilyonunun suyun əhəmiyyətini vurğulamağa xidmət etdiyini bildirib və hər bir COP konfransı ilə suyun rolunun daha da artırıldığını qeyd edib.

Nazir, Böyük Britaniya olaraq, su məsələləri üzrə Bakı Bəyannaməsini tam dəstəklədiklərini və bu təşəbbüsün daha irəliləyəcəyinə ümid etdiklərini vurğulayıb. Lakin bu prosesin asan olmayacağına da diqqət çəkib.

Избранный
19
fins.az

1Источники