RU

“Nəqliyyata yeni yanaşmanı müəyyən edən mobillik baxışı hazırlanıb” - Nazir müavini

Niderlandda nəqliyyata yeni yanaşmanı müəyyən edən mobillik baxışı hazırlanıb və bu baxışın əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır.

Avtosfer.az xəbər verir ki, bunu Niderlandın ətraf mühit və beynəlxalq əlaqələr nazirinin müavini Aafke van Rijn COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, ölkədə ağıllı, tələbata əsaslanan nəqliyyat həlləri təşviq edilir:

“Bir sözlə, biz davamlı mobilliyə keçidi sürətləndirmək üçün hökumətin bütün səviyyələrində və bütün maraqlı tərəflərlə işləyirik".

O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə nəqliyyat əsaslı rol oynayır:

“Buna görə də nəqliyyat sektoru prioritetləşdirilməlidir. Davamlı mobillik həlləri çox vaxt mənzil, şəhərsalma, səhiyyə və iqtisadiyyat da daxil olmaqla bir çox sektorun kəsişməsində ola bilər. Beləliklə, davamlılıq məqsədlərimizə nail olmaq üçün bizə inteqrasiya olunmuş yanaşma lazımdır".

Избранный
41
avtosfer.az

1Источники