RU

Banan 6,2 milyon dollara satıldı

İtalyan rəssam Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkdakı hərracda 6,2 milyon dollara satılıb. Metbuat.az xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüş lentdən ibarətdir. Əsəri alan şəxs məşhur kriptovalyuta platforması “TRON”un yaradıcısı Castin Sundur. Kattelanın 2019-cu ildə “Art Basel Mayami Beach”də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olmuşdu. Əsərin qiyməti hərracda dərhal qısa zamanda 2 milyon dollara, sonra 4 milyon dollara yüksəlib. Hərrac meneceri Oliver Barker satış zamanı "Bu fürsəti qaçırmayın, əvvəllər bu sözləri deyəcəyimi heç düşünməzdim: Beş milyon dollara banan!" – deyərək zaldakı şən ab-havanı dəstəkləyib.

Castin Sun təqribən 5,2 milyon dollarlıq təklifə əlavə olaraq hərrac komissiyasına 1 milyon dollar ödəyib və ümumilikdə əsər üçün 6,2 milyon dollar ödəyib. O bananı yeyəcəyini ifadə edib.

Избранный
35
metbuat.az

1Источники