RU

Ruslar bu müharibəni Xəzər dənizinə də gətirəcəklər...

...Əvvəlki, ehtimallara görə, Rusiya hərbçiləri Xəzər dənizindəki gəmilərdən Ukrayna ərazisinə raketlər ata bilərlər..?

Amma,..demə, artıq atırlarmış.

Belə ki, Xəzər dənizi sahillərində yaşayan insanlar Rusiyanın bu su hövzəsində saxladığı Xəzər flotiliyasının gəmilərindən raket buraxılışları barədə məlumat.lar verməyə başlayıblar

Bundan əlavə, Xəzər balıqçıları tərəfindən 2024-cü ilin iyununda yayımlanan videoda gəmilərdən atılan iki raket də əks olunub.

...Ukrayna kəşfiyyatı əvvəllər Xəzər dənizindəki gəmilərdən Ukraynaya qarşı birbaşa raket hücumlarına dair konkret sübuta malik olmadığını bildirsə də, amma Rusiyanın Xəzər dənizində “Oniks” və “Zirkon”ları da buraxa bilən “Kalibr” qanadlı raket daşıyıcılarını saxladığını bildirirdi.

...Rusiya Federasiyasının Müdafiə Nazirliyi dəfələrlə Xəzər dənizindən Ukraynaya qarşı raket buraxılışları elan edib. lakin söhbət gəmilərdən getmirdi: hücumlar əsasən Xəzər dənizi üzərindən hərəkət edən, X-55 qanadlı raketləri buraxan bombardmançılar tərəfindən həyata keçirilirdi.

...Və 2024-cü il noyabrın 6-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Xəzər dənizində ilk dəfə olaraq Rusiya flotiliyasına hücum etdi.

RBC-Ukrayna mənbələrinin məlumatına görə, “Tatarıstan” və “Dağıstan” raket gəmiləri (Xəzər flotiliyasının flaqmanı), eləcə də kiçik raket gəmiləri... zədələnib?

Qeyd edilməlidir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi X (Twitter)-da Gepard sinifli iki freqatın zədələndiyini artıq bildirib.

...İddia edilir ki, Rusiyanın Xəzər dənizindən raket zərbələri endirmək üçün akvatoriya kimi istifadə etməsi Ukraynada genişmiqyaslı müharibənin insan və maddi itkilərini artırır və Xəzər dənizinin ekosisteminə də ziyan vurur.

Bəzi yerli sakinlər Rusiyanın hərbi fəaliyyətinin planetin ən böyük duz gölünün ağır çirklənməsinə səbəb olduğunu deyirlər. Bəzi jurnalistlər də raket buraxılışları ilə Xəzər suitilərinin kütləvi ölümü arasında əlaqə görürlər.

Deyilənlərə görə, Rusiyanın Xəzər donanmasının gölün ekosisteminə təsiri ilə bağlı narahatlıqlar yerli sakinlər arasında hələ Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl yaranmışdı. Belə ki, Moskva hələ 2017-ci ildən Dağıstanın Kaspiysk şəhərində Xəzər donanması üçün yeni baza tikirdi və 2020-ci ilin iyununda orada gəmi paradı da keçirib.

Xatırladaq ki, Ukraynadakı müharibədən əvvəl Rusiya Suriyaya raket hücumları üçün Xəzər flotiliyasının gəmilərindən fəal istifadə edirdi. Bu da Xəzər dənizinin ciddi şəkildə çirklənməsi ilə nəticələnirdi.

...Hazırda Xəzərdə ekoloji vəziyyət pisə doğru çox dəyişib.

Bunu artıq Xəzər dənizinə yaxın yaşayanlar da etiraf edirlər.

Onu da xatırladaq ki, Xəzər Donanması hər ilin sentyabrında hərbi təlimlər keçirir. Və bu ilkimanevrlərdə 30-dan çox gəmi iştirak edib. Deyim ki, təlimlər Rusiyanın dəniz zonasında keçirilsə də, lakin daha sonra digər ölkələrin sahillərində ölü balıqlar peyda olmağa başlayıb.

Bundan sonra sahildə yanacaq izləri də görünür.

Jurnalistlər hesab edirlər ki, Rusiya Xəzər flotiliyasının təlimləri və real döyüş fəaliyyəti Xəzər dənizinin çirklənməsinə və ola bilsin ki, suitilərin kütləvi ölümünə səbəb olur. Bununla belə, Rusiyanın Xəzər dənizindəki hərbi fəaliyyətinin ətraf mühitə təsirini qiymətləndirmək üçün hələlik müstəqil elmi məlumat toplanmamışdır.

Əli Babayev

P.S:2018-ci ildə Xəzər sahilində yerləşən beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın liderləri Xəzər dənizinin hüquqi statusunu və suyunun, dibinin istifadəsini müəyyən edən konvensiya imzalayıblar

O vaxt Qazaxıstan prezidenti Nursultan Nazarbayev demişdi ki,biz Xəzər dənizini dostluq dənizinə çevirə bildik.

Həmin konvensiyanın 3-cü maddəsində deyilirdi ki, tərəflər “dənizdən dinc məqsədlər üçün istifadə etmək, onu sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirmək” barədə razılığa gəliblər. Konvensiyanın imzalanmasından sonra Xəzəryanı dövlətlər Rusiyanın Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə etməsinə heç bir reaksiya vermədilər.

Niyə? Təbii ki...

Избранный
41
6
sia.az

9Источники