RU

Qazımız Rusiyadan gəlir, ABŞ-ın vecinə deyil - Türkiyə

Türkiyə qaz idxalının 40 faizini “Qazprom”dan həyata keçirir, ABŞ isə buna əhəmiyyət belə vermir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Rusiyanın bir sıra təşkilatlarına, o cümlədən “Qazprom”a sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

“Sizə milli mənafeyinizi qorumaq üçün gördüyünüz tədbirlərdən dolayı sanksiya tətbiq edilər. Məsələn, bu gün “Qazprom”a sanksiya tətbiq etdilər. Qaz idxalımızın 40 faizi “Qazprom”un payına düşür, adamların vecinə belə deyil. Türkiyə digər bir ölkənin peyki ola bilməz”, - deyə o bildirib.

Избранный
26
24
axar.az

10Источники