RU

Prediabetin ilk əlamətləri hansılardır?

Diabet dərhal görünmür. Dəhşətli xəstəliyin dayandırıla biləcəyi prediabet mərhələsi ilə arası təxminən altı il çəkir. “Rusiya 1” telekanalında yayımlanan "Ən vacibi haqqında" tok şousunda xəstəliyə imkan verməmək üçün hansı simptomlara diqqət yetirmək lazım olduğu müzakirə edilib.

Rusiyalı gerontoloq, professor Svetlana Trofimova və həkim Sergey Aqapkin əlamətləri sadalayıblar: yorğunluq, qarşısıalınmaz susuzluq, tez-tez sidiyə getmə, başgicəllənmə, əzalarda uyuşma və nöqtələnmə, infeksiyalardan sonra gec sağalma.

Mütəxəssislər bildiriblər ki, bu əlamətləri aşkar etdikdə qanda şəkərin səviyyəsini dərhal yoxlamalısınız.

Nubar Süleymanova, “İki sahil”

Избранный
24
ikisahil.az

1Источники