RU

Xosep Qvardiola “Mançester Siti” ilə yeni müqaviləyə imza atdı

İngiltərənin “Mançester Siti” klubu ispaniyalı baş məşqçisi Xosep Qvardiola ilə müqavilənin müddətinin artırıldığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssislə əvvəlki müqavilə 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulmuşdu. Yeni müqaviləyə əsasən Qvardiola 2027-ci ilin 30 iyununa kimi bu klubda qalacaq.

Son dövrlərdə Qvardiolanın bu mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı barədə xəbərlər dolaşırdı. Belə ki, ispan mütəxəssisin klubla yeni müqavilə bağlamaq istəmədiyi barədə iddialar var idi. Amma görünür tərəflər bütün məsələlərdə ortaq məxrəcə gələrək yeni müqaviləyə imza atıblar. Bu isə “şəhərlilər”in təkcə bu mövsüm yox, sonrakı iki mövsümdə də iddialı olmağa davam edəcəyindən xəbər verir.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 490 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 70 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1239:446 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

11 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Избранный
26
50
arena.az

10Источники