RU

İlon Maskın "Tesla" elektrokarları ABŞ-də ən təhlükəli avtomobil kimi tanındı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) qəza statistikasını təhlil edərək, belə nəticəyə gəlib ki, ölkədə ən çox ölümlə nəticələnən qəzalar "Tesla" elektrik avtomobillərinin iştirakı ilə baş verir.
Oxu.Az xəbər verir ki, bu barədə "Motor.ru" portalı məlumat yayıb.
Tədqiqat çərçivəsində 2017-2022-ci illər arasında sürücü və ya sərnişinlərin ölümü ilə nəticələnən qəzalar araşdırılıb. ABŞ-də orta hesabla belə qəzaların baş vermə ehtimalı hər 1 milyard kilometrə 2,8 olub. Bununla yanaşı, "Tesla" avtomobillərində bu göstərici 5,6-ya çataraq orta statistikadan iki dəfə yüksək olub.
İkinci yerdə Koreya istehsalı olan "Kia" markası qərarlaşıb. Bu brendin göstəricisi 1 milyard kilometrə 5,5 olaraq qeydə alınıb. Üçüncü yeri isə 4,8 göstərici ilə "Buick" tutub.
Konkret modellər arasında qəzalarda ən çox ölüm halları "Hyundai Venue", "Chevrolet Corvette", "Mitsubishi Mirage", "Porsche 911", "Honda CR-V Hybrid", "Tesla Model Y", "Mitsubishi Mirage G4", "Buick Encore GX", "Kia Forte", "Buick Envision" avtomobillərində qeydə alınıb.
Избранный
32
31
oxu.az

10Источники