RU

Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur

Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronu 2022-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edib.

“Report” xəbər verir ki, bu barədə yerli “G1” portalı məlumat yayıb.

Qeyd olunub ki, Bolsonaro Braziliya Cinayət Məcəlləsinin bir neçə maddəsini pozmaqda ittiham olunur. Onların arasında demokratik hüquqi dövlətin zorakılıqla devrilməsi və dövlət çevrilişi var. Belə ki, Jair Bolsonaro ölkənin o vaxtkı seçilmiş lideri Luiz İnasio Lula da Silvanın andiçmə mərasimini pozmaq istəyib.

Nəşr vurğulayıb ki, hər iki halda, hətta təcavüz aktı olmasa və təqsirləndirilən şəxs birbaşa respublikanın siyasi sisteminə təhlükə törədən hərəkətlərə yol verməsə belə, qanunda cəza müəyyən edilir.

Hazırda polis işi ölkənin Federal Ali Məhkəməsinə göndərib. İş üzrə məruzəçi hakim Aleşandri di Morays onu Respublika Baş Prokurorluğuna təhvil verməlidir. Prokurorluq işi bağlamaq və ya Bolsonaroya qarşı ittiham irəli sürmək məsələsini müəyyən edəcək.

Избранный
51
far.az

1Источники