Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum şəxslərin konvoya hücumu nəticəsində azı 38 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.
Hadisə zamanı naməlum şəxslər əyalətin inzibati mərkəzi olan Pişəvərə doğru hərəkət edən avtomobil karvanını bir saat ərzində atəşə tutublar. Ölənlər arasında qadın və uşaq da var. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Pakistanın Prezidenti Asif Əli Zərdari hücumu qətiyyətlə pisləyib və hadisə ilə bağlı araşdırma aparılmasını tapşırıb.