Bakı. Trend:
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klublamüqaviləsini uzadıb.
Trend xəbər verirki, yeni müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.Razılaşmada tərəflərin 2025/2026-cı il mövsümünün sonundaəməkdaşlığı daha bir il uzatmaq hüququ da var.
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2016-cı ildən "MançesterSiti"nin baş məşqçisidir. Onun rəhbərliyi altında "şəhərlilər" 6dəfə İngiltərə Premyer Liqasının qalibi olub və bir dəfə ÇempionlarLiqası kubokunu qazanıblar.
Bu müqavilə Qvardiolanın klubdakı mövqeyini daha damöhkəmləndirərək "Mançester Siti"ni gələcək uğurlara aparacağınaişarə edir.