RU

İtaliya “Qara Cümə” endirimlərinə Avropada ən çox maraq göstərən ölkədir

Bakı. Trend:

İtaliya, Avropa İttifaqında “Qara Cümə” və “Kiber Bazar ertəsi”endirimlərinə ən böyük maraq göstərən ölkə olaraq seçilir.

Trend xəbər verirki, bu barədə “PwC” şirkətinin araşdırmasında məlumat verilib.Araşdırmaya görə, İtaliyada hər 10 nəfərdən 9-u endirim günlərindəalış-verişə maraq göstərir. Ümumilikdə istehlakçıların 86 faizi buxüsusi günlərdə alış-veriş etməyi planlaşdırır.

İtalyan respondentlərin 54,3 faizi alış-veriş üçün 101-500 avroarasında büdcə ayırmağı düşünür. Maraqlıdır ki, italyanlar daha çoxyaxınlarına və dostlarına məhsullar almağa üstünlük verirlər. Birnəfərin orta hesabla xərclədiyi məbləğ isə 229 avrodur. Ən çoxxərclər elektronika, geyim, tibbi, sağlamlıq və gözəllikməhsullarına yönəldilir.

Həmçinin, 2023-cü ildə istehlakçıların 62 faizi noyabrın ilkhəftələrində alış-veriş etməyə başlamışdısa, bu il bu rəqəm 37faizə enib. Bu da əsas diqqətin endirim günlərinə yönəldiyinigöstərir.

Избранный
41
az.trend.az

1Источники