RU

Avstraliya BCM-nin Netanyahu ilə bağlı qərarına hörmət etdiyini bildirib

Avstraliya Beynəlxalq Cinayət Məhkəməsinin İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsinə dair qərarına hörmətlə yanaşır.

Azpost.info xəbər verir ki, bunu Avstraliya xarici işlər naziri Penni Vonq bildirib.

“Avstraliya Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinə hörmət edir və onun beynəlxalq hüququn qorunmasındakı mühüm rolunu tanıyır. Biz bəyan edirik ki, münaqişənin bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməlidir”, – XİN başçısı deyib.

Lakin o, Netanyahu və Qalantın Avstraliyaya gəldikləri təqdirdə mümkün həbsi ilə bağlı sualı cavablandırmaqdan çəkinib.

“Biz indi diqqətimizi təcili atəşkəsə nail olmaq üçün sülh istəyən ölkələrlə işləməyə yönəltmişik”, – nazir bildirib.

Azpost.info

Избранный
44
azpost.info

1Источники