RU

"Paşa Bank"a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...

"Paşa Bank" ASC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə noyabrın 28-də baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (Maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: 2007-ci ildə dövlət qeydiyyatına alınan ASC-nin nizamnamı kapitalı 354 511 800 AZN-dir. Qanuni təmsilçisi Cavid Həsən oğlu Quliyevdir.

 

Xəyal Quliyev

Tarix: 22 Noyabr 2024, 08:02   
Избранный
50
pravda.az

1Источники