RU

"Akkord Nəqliyyat" cərimələndi

Nərimanov Rayon Məhkəməsində "Akkord Nəqliyyat" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərarla, şirkət cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Xəyal Quliyev

Tarix: 22 Noyabr 2024, 08:11   
Избранный
10
2
pravda.az

6Источники