Xəbər verdiyimiz kimi, Gəncədə ər və arvadı bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü E.Hüseynov və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü U.Hüseynova bədənlərinin kəsilmiş-deşilmiş yaraları xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.
Faktla bağlı araşdırma davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта