RU

“Ana olmağımın möhtəşəm səbəbisən”

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı diqqət çəkən paylaşım edib.

OLAY yazır ki, sənətçi övladı ilə çəkdirdiyi fotolarını instaqram səhifəsində yayımlayaraq onu doğum günü münasibəti ilə təbrik edib.

T.Ağayeva qızı Fidanı bu sözlərlə təbrik edib:

“Gözəl qızım, mənim övladım olduğun üçün çox xoşbəxtəm. Səni yaradana sonsuz həmd olsun. Qürur, sevinc, xoşbəxtlik, güc, həyat eşqi səbəbimsən. Ana olmağımın möhtəşəm səbəbisən. Gözəl üzün, gözəl qəlbin daima gülsün, bəxtin ən gözəllərindən olsun. Sağlam və dəyərli ömür yaşa. Məni, bütün ailəmizi sevindir. Bütün qızlarımız, oğullarımız xoşbəxt olsunlar”.

Qeyd edək ki, Tünzalənin qızı Fidan Türkiyədə yaşayır və orada təhsil alır. 

Избранный
25
olay.az

1Источники