RU

Yeni Zelandiyada göyöskürək epidemiyası elan edilib

Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göyöskürək epidemiyası elan edib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Yeni Zelandiya göyöskürək epidemiyasının ilkin mərhələsindədir və dövlət səviyyəsində əlaqələndirilmiş cavab tədbirləri görülür.

“Ölkə daxilində xəstəliyə yoluxma halların sayı həftələrdir durmadan artır. Hazırda milli epidemiya elan etmək üçün hədlərə uyğun səviyyələrə çatıb. Dörd həftə ərzində (2024-cü il oktyabrın 19-dan noyabrın 15-dək) ​​263 yeni göy öskürək infeksiyası qeydə alınıb ki, bu da cari il üçün ən yüksək göstəricidir”.

Nazirlik körpələrin və hamilə qadınların peyvənd olunmasının vacibliyini qeyd edib. Bütün uşaqları üç aylıq yaşa çatdıqdan sonra, eləcə də bütün hamilə qadınlara 16 həftəliyində peyvənd etmək tövsiyə olunur.

"Cebheinfo.az"

Избранный
11
9
cebheinfo.az

10Источники