RU

Tokayev Qazaxıstanın təhlükəsizliyini gücləndirməyi tapşırıb - SƏBƏB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna ətrafında vəziyyətin pisləşməsi ilə əlaqədar ölkədə əsas mülki və hərbi obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, Tokayev prezident administrasiyasının rəhbərinə, baş nazirə, bütün merlərə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə mühüm mülki və hərbi obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb. Parlamentin hər iki palatasının spikerlərinə də görülən tədbirlər barədə məlumat verilib.

"Prezident ölkəmizdəki vəziyyəti nəzarətdə saxlayır", - deyə Uali qeyd edib. 

O əlavə edib ki, Qazaxıstan Ukraynadakı münaqişəyə son qoyulması və sülh danışıqlarının başlanmasının tərəfdarıdır.

Gülayə Mecid 

Избранный
75
50
unikal.az

10Источники