Bir müddət bundan öncə ölkə mətbuatında “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovun qanunsuz əməllərindən bəhs olunmuşdu". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.Məqalədə daha sonra bildirilir: "Qeyd edilmişdi ki, Nəsimi Əsədov tutduğu postdan istifadə edərək ali təhsili olmayan, Sumqayıtda bərbər işləyən qardaşı Rauf Əsədovu Laçında işıq idarəsinin müdiri vəzifəsinə yerləşdirib. Bundan başa, Nəsimi Əsədov bir sıra yaxın qohumlarını da Laçın rayonundakı dövlət qurumlarında yüksək maaşlı aparıcı işlərə qoyub, hətta sinif mediada çoxsaylı faktların yer almasına baxmayaraq, bugünə qədər Xidmət rəisinə gözün üstə qaşın var deyən yoxdur.Yəqin elə buna görədir ki, əlaqədar qurumların susqunluğundan cəsarətlənən Nəsimi Əsədov heç bir ali təhsili olmadığı halda Laçın işıq idarəsinə müdir təyin etdirdiyi qardaşına 70 minlik bahalı avtomobil hədiyyə edib. Nəsimi Əsədov sahibi olduğu “Lexus” avtomobili haqqında mətbuatda yer alan yazılardan sonra özünə əlavə “Ford” markalı avtomobil alıb və Laçına bu avtomobillə gedib-gəlir. Xidmət rəisi bununla özü haqqında “daha kasıb rəis” görüntüsü yaradacağına ümid edir".DAVAMI MÜTLƏQ OLACAQ...
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта