RU

Fidandan BRİCS-lə bağlı vacib açıqlama: Ortaqlıq təklifi aldıq

Türkiyənin xarici işlər naziri Hakan Fidan BRİCS birliyinin Türkiyəyə ortaqlıq təklifi etdiyini və bu təklifin dəyərləndirilməkdə olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Hakan Fidan Türkiyə Böyük Millət Məclisində nazirliyin büdcə təqdimatından sonra millət vəkillərinin suallarını cavablandırıb.

O, Türkiyənin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət olan BRİCS-dən ortaqlıq təklifi aldığını açıqlayıb:

"BRICS təşkilatı müraciəti və qəbul mexanizmi olan bir yer deyil. Üzvlər bir araya gəlib dəvət edirlər. Amma bir şəkildə öz marağını ifadə etməlisən. Biz də bunu bildirdik. Biz tərəfdaşlıqla bağlı təklif almışıq, lakin onu dəyərləndiririk. Hazırda heç bir ölkəyə üzvlük dəvəti göndərilməyib”.

Избранный
25
23
publika.az

10Источники