RU

Mahir “Nürnberq”in düşərgəsinə stressli qayıdıb – Kloze hələ də ona inanır!

“Nürnberq”in futbolçusu Mahir Emreli dünən Alamniyanın 2-ci bundesliqasında çıxış edən komandasının düşərgəsinə qoşulub.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşr hücumçunun stressli olduğunu qeyd edib:

“Mahir Emreli Azərbaycan millisinin heyətində bir oyunda iştirak etdi. Cəzalı olduğuna görə Estoniya ilə matçda komandasına kömək edə bilməyən futbolçu Millətlər Liqasının 6-cı turunda İsveçə qarşı oynadı. Həmin oyunda Azərbaycan yığması 0:6 hesabıyla uduzdu. Mahir “Nürnberq”in düşərgəsinə stressli qayıdıb. Buna baxmayaraq, baş məşqçi Miroslav Kloze növbəti matçda azərbaycanlıya şans vermək niyyətindədi. Onun fikirləri: “Mahir Emreli ən yaxşı hücumçularımdan biridi. Onun milli üçün çox çalışdığına inanıram. Ümid edirəm ki, hazırlıq səviyyəsiylə bağlı problem yoxdu”.

Maraq üçün qeyd edək ki, “Bild” bu xəbəri Mahirin hələ meydanda ikən gözlərinin dolduğu foto ilə yayıb.

“Nürnberq” bu gün 2-ci bundesliqanın 13-cü turunda “Paderborn”un qonağı olacaq. “Paderborn” 2-ci (21 xal), Mahirin komandası isə 7-ci pillədə (18 xal) qərarlaşıb.

KƏNAN BAHADIR
Избранный
17
football-plus.az

1Источники