Nazir ciddi mövzuya toxunub, amma, sanki, müxalifət partiyası funksioneri kimi danışıb.Vəzifəli şəxslərin səlahiyyəti var, onlar belə açıqlama verərkən açıq şəkildə bəzi suallara da cavab verməlidir:Niyə daxil olmur?Hansı qurumlar cərimələri mənimsəyir?Nə qədər vəsait büdcədən yayınır?Kim-kimlərdir günahkar?Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?Dövlət-hökumət qurumları, məmurlar səlahiyyət sahibidirlər, səlahiyyət isə məsuliyyət yaradır, müxalifətin məlumat bazasına çıxışı yoxdur, halbuki, Parlament partiyalarının belə bir imkanı olmalıdır - olsa, məlumat əldə edib kimin nəyi necə etdiyini göstərə belərik. Ona görə də, nazir ünvanlı, nəticədən yox, səbəbdən danışmalıdır...Natig CəfərliTEREF
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта