İngiltərə Premiyer Liqasının güclü klubların “Mançester Siti” baş məşqçi Pep Quardiola daha 2 il postunda qalacaq.
Komanda ispaniyalı mütəxəssislə 2027-ci ilədək müqavilə imzalayıb.
53 yaşlı çalışdırıcı 2016-ci ildən bəri “Mançester Siti”nin başındadır. Quardiola komanda ilə 6-sı Premiyer Liqa və 1-i Çempionlar Liqası olmaqla, 18 kubok qaldırıb. Onun baş məşqçi kimi işlədiyi dövr klubun “qızıl dövrü” sayılır.
Bu mövsüm 11 tur ərzində 23 xal toplayan “Mançester Siti” Premiyer Liqada 2-ci pillədədir. Komanda lider “Liverpul”dan 5 xal geri qalır.
"Cebheinfo.az"